Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon Xatınlı kənd sakini Ceyhun Ağarzayev bu gün Şəmkir rayonunda baş verən qəza zamanı həlak olub.

Tovuz rayonu Xatınlı kəndinin icra nümayəndəsi Nemət Həbibzadə "Unikal"a açıqlamasında bildirib ki, MAXE C. Ağarzayev bir neçə gün əvvəl məzuniyyətə çıxıbmış:

"Ceyhun əvvəllər Tovuzda xidmət edirdi. Sonra isə Kəlbəcərə təyinat almışdı. O, qəza zamanı məzuniyyətdən hərbi hissəyə qayıdırmış.

Qeyd edim ki, Ceyhun ailəli idi, 2 övladı var", - o deyib.

Murad İbrahimli