Kənar dövlət maliyyə nəzarəti yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini əhatə edəcək.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hesablama Palatası haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.