Kaliforniya şirkəti San-Fransiskodakı yaşayış binasının çirkab sularından pivə yaratmaq üçün suyun təkrar emalı təcrübəsindən istifadə edib.

"Unikal" xəbər verir ki, San-Fransiskoda yerləşən "Epic Cleantec" su təmizləyici şirkəti 40 mərtəbəli dəbdəbəli "On Fifteen Fifty" yaşayış binasında duş, lavabo və paltaryuyan maşınlardan təkrar emal edilmiş su ilə dəmlənmiş pivə istehsal edib. 

Təkrar emal edilmiş tullantı sularının istifadəsini qadağan etdiyi üçün pivə hazırda satılmır. Onun davamlı tikinti texnologiyaları üzrə konfransda böyük uğur qazandığı bildirilir.

Hazırda şirkət dünyanın digər pivə zavodları ilə danışıqlar aparır. Şirkət nümayəndələri onların məhsulunun ekoloji cəhətdən təmiz və eyni zamanda istifadə üçün təhlükəsiz olduğunu iddia edirlər.

Gülayə Mecid