İran liderləri arasında Ukraynadakı müharibə üçün Rusiyaya kamikadze dronların tədarükü ilə bağlı mübahisə yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur “Politico”ya müsahibəsində bildirib.

“İranın Rusiyaya Ukrayna şəhərlərini heç bir fərq qoymadan dağıdan kamikadze pilotsuz təyyarələrlə təmin etmək qərarı Tehran rejiminin ən yüksək səviyyəsində daxili çəkişmələrə səbəb olub... Görünür, İran Rusiyanın dəstəyi müqabilində pul qazanmaq və müəyyən hərbi biliklər əldə etmək qərarına gəlib", - o deyib.