Dünya şöhrətli alim Canan Dağdeviren, MIT (Massachusetts Institute of Technology) Media Laboratoriyasındakı komandası ilə birlikdə döş xərçəngi diaqnozunda irəliləyiş əldə edib. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, Dağdevirən xərçəngi qabaqcadan aşkarlayan geyilə bilən ultrasəs skan edən cihaz ixtira edib. Həmin cihaz büstqalterə taxıla bilər ki, bu da qadınlara asanlıqla və tez-tez skan etməyə, bununla da mümkün xərçəng hallarını erkən aşkarlamağa imkan verəcək. 6 ildir üzərində işlənilən cihaz insanlar üzərində sınaqdan keçirilib və cihaz ABŞ-da patent alıb. Həkimin sözlərinə görə, bu cihaz hər il 11 milyon qadının həyatını müsbətə doğru dəyişə bilər. Özünün də döş xərçənginə tutulma riskinin yüksək olduğunu deyən Canan Dağdevirən bu cihazı bütün qadınlara ərmağan etdiyini deyib. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, döş xərçəngi ən çox yayılmış xərçəng növüdür və təkcə 2020-ci ildə 2,3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulub, 685 min qadın dünyasını dəyişib.

ABŞ-da fəaliyyətini davam etdirən Dağdeviren hələ 30 yaşından əvvəl ixtira etdiyi taxıla bilən kardiostimulyatorla adını bütün dünyaya tanıtdırıb.

Nuranə Abbasova