Sürücülərin "Yol-hərəkəti haqqında" qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ADY-nin məlumatına bildirilib. Qeyd olunub ki, onlardan 6 nəfəri xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.

Ötən ilin eyni dövrü ərzində isə dəmiryol keçidlərində 12 hadisə baş verib, onlardan 4 nəfəri xəsarət alıb, 1 nəfər isə həlak olub.

Xatırladaq ki, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə 100 AZN məbləğində cərimə tətbiq olunur.