"Bəlkə də ən gülməli təyinat bu gün Ermənistanda olub. Ölkənin təhlükəsizlik sisteminə qarşı ən ciddi çağırışlar, Silahlı Qüvvələrdə aparılan əsaslı islahatlar, mənəvi-psixoloji vəziyyətin kəskin dəyişməsi imperativləri fonunda İrəvan merinin keçmiş müavini Hraçya Sarkisyan müdafiə nazirinin müavini təyin edilib".

"Unikal" xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan  “Facebook” səhifəsində yazıb.

“Düz oxudunuz: bir neçə ay İrəvanın müvəqqəti meri olmuş bir bank işçisi Ermənistan müdafiə nazirinin müavini oldu. Bundan sonra isə Ermənistan ordusunun döyüş qabiliyyəti və islahatlarından danışacaqlar. Bu hakimiyyətə güclü təhlükəsizlik sisteminə, güclü orduya, möhkəmləndirilmiş sərhədə, cəbhə xəttinə ehtiyac yoxdur". 

Gülayə Mecid