Son günlər bir neçə dəfə pilotsuz təyyarələrin vurduğu “Moskva Siti” göydələn kompleksində Bəşər Əsədin ailəsinə məxsus daşınmaz əmlak var.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Washington Post"  qəzeti məlumat yayıb.  

Bildirilir ki, 2019-cu ilin noyabrında Suriya prezidentinin qohumlarının müxtəlif illərdə “Moskva Siti” ərazisindəki yaşayış komplekslərində ən azı 19 mənzil alıb. 2019-cu ildə daşınmaz əmlakın ümumi dəyəri 40 milyon dollar olaraq qiymətləndirilib.

“Onlar son 6 ildə bir sıra mürəkkəb şirkətlər və kredit razılaşmalarından istifadə edərək Moskvada mənzillər alıblar ki, bu da Rusiyanın Suriya rejiminin mühafizəçisi rolunu nümayiş etdirir. O, həmçinin “Əsədin pul idarəçiləri” adlanan şəxslərin pulları Qərbin sanksiyalarından kənara çıxarmaqda rejimə köməklik göstərdiyi rolunu ortaya qoyur”, - KİV yazıb. 

Nəşrin məlumatına görə, Suriya liderinin ailə üzvləri 2013-cü ildən 2019-cu ilin iyun ayına qədər daşınmaz əmlak alıblar. 13 obyekt Əsədin əmisi oğlu Hafiz Maxlouf və ya onun nəzarətində olan şirkətlərə məxsusdur. Daha iki obyekt Əsədin digər əmisi oğlunun - nüfuzlu suriyalı iş adamı Rami Maxloufun həyat yoldaşına məxsusdur.

"Global Witness" antikorrupsiya qrupunun araşdırmasına görə, əksər hallarda onlar artıq rəsmi olaraq mülkiyyətə sahib olan  Livan şirkətlərinin cəlb olunduğu kredit strukturundan istifadə ediblər.

"Rusiya əvvəldən Əsəd rejiminə sanksiyaları aradan qaldırmağa kömək edir. İndi o, özünü Suriya dövlətinin qarantı kimi görür və buna görə də Suriya dövlətini yaşatmaq, eləcə də Moskvaya sadiqliyini saxlamaq üçün hərbi, siyasi və ya iqtisadi sahədə mümkün olan hər şeyi edir" , - KİV  bildirib.  

Gülayə Mecid