Azərbaycanın kino sənətinin nəhəng sənətkarlarından olan, SSRİ Xalq artisti Adil İsgəndərovun adını daşıyan nəticəsi Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir.

“Unikal” xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial şəbəkədə məlumat paylaşıb. 

“Azərbaycan Milli Kino günündə təsadüfən, Ali məktəbimizdə təhsil almaq arzusunda olan məktəbli dostumla - Adil İsgəndərovla görüşdüm. Azərbaycan klassik teatrının və müasir Azərbaycan kinosunun banilərindən, Azərbaycanın nəhəng sənətkarlarından olan Adil İsgəndərovun nəticəsi Adil İsgəndərov. Babalarımız düz deyib : “Ot kökü üstə bitər”.Səviyyə, savad, bilik, tərbiyə, milli dəyərlərə sədaqət! Bu dəyərlərə malik olan Adil İsgəndərov öz məşhur babasının ruhunu şad edir”, - deyə rektor bildirib.