ASAPES-də "Təməl Həyat Dəstəyi" - "BLS – Basic Life Support" təlimi keçirilib.

"Unikal" xəbər verir  ki, təlimdə iştirakçılara hadisə yerinin qiymətləndirilməsi, təhlükəsizliyin təminatı, ürəyin xarici masajının canlandırılması, avtomatlaşdırılmış xarici defibrilasiya və AXD-dən düzgün istifadə haqqında ətraflı məlumatlar verilib

Təlim həm nəzəri, həm praktiki formada beynəlxalq protokollara uyğun olaraq keçirilib. Təlim iştirakçıları həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi və daha təkmil tibbi yardım briqadası gələnədək həyati vacib ilk yardım tədbirlərinin görülməsinə dair bilik və bacarıqlara yiyələniblər.