“Kontakt” mağazalar şəbəkəsində əsl izlənməli kampaniyanın vaxtı gəlib çatdı. Bu gündən avqustun 13-dək şəbəkənin mağazalarına üz tutub bütün fürsətləri özünüz izləyin. Çünki, şəbəkə adıçəkilən kampaniya ilə nağd alışda 50%-dək endirimlərə, hissəli alışda isə çox sərfəli şərtlərə start verir.  

"Unikal" xəbər verir ki, artıq çoxdan almaq istədiyiniz smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət texnikası, ev tekstili və qab-qacaqları - 18, mebelləri isə ilkin ödənişsiz, 24 aylıq faizsiz, üstəlik komissiyasız imkanlarla əldə edə bilərsiniz.

Bunlarla yanaşı, şəbəkənin bütün müştərilərini “Şeş-qoşa” atıb, “Volkswagen ID.4” elektromobilini pulsuz aparmaq imkanı gözləyir. Nəzərinizə çatdıraq ki, builki “Şeş-qoşa” kampaniyasında artıq ilk elektromobil öz bəxtəvər sahibini tapıb.

İndi isə gəlin cəlbedici təkliflərin bəzilərini birlikdə izləyək. Beləliklə: 

- 321 lt tutumlu, NoFrost əritmə sistemli Samsung soyuducusunu nağd alışda 1620 deyil, cəmi 999 manata;

- 800 Vt gücü olan, 2 sürət rejimli Braun blenderini 150 yox, cəmi 89 manata;

- 2000 Vt-lıq, keramik altlığı olan Philips ütüsünü 100 əvəzinə, endirimlə cəmi 39 manata;

- Tək nəfərlik, Odunçu gənc otağı çarpayısını hissəli alışla ayda cəmi 10 manata;

- 30-40 m² təsir sahəsi olan Hoffmann kondisionerini isə kreditlə ayda, sadəcə, 49 manata ala bilərsiniz.

Odur ki, bütün təkliflərindən faydalanmaq üçün sizə ən yaxın “Kontakt” mağazasına tələsin! Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.