SOCAR "Azəriqaz" İB rəhbərliyinin Xırdalan şəhərində vətəndaş qəbulu keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"7 avqust saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Abşeron  və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər", - deyə məlumatda bildirilir.