“Neftçi”nin Konfrans Liqasındakı növbəti oyunların vaxtı və yeri müəyyənləşib.

"Unikal" xəbər verir ki, Bakı klubunun “Beşiktaş”la avqustun 10-dakı ilk dueli Türkiyədə baş tutmalı olsa da, bu oyunun yeri dəyişdirilib.

Həmin gün rəqiblərin görüşü “Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Cavab görüşü avqustun 17-də keçiriləcək. İstanbuldakı “Beşiktaş Park”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.