"Çelsi" klubu növbəti transferini reallaşdırıb.

"Unikal" xəbər verir ki, London təmsilçisi "Brayton"dan Robert Sançesi heyətinə qatıb. İspaniyalı qolkiperlə 7 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı Sançes ötən mövsüm 25 oyunda 30 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.