PSJ klubu hücumçu Kilian Mbappenin transferi ilə bağlı Madrid "Real"ı ilə razılığa gəlib.

"Unikal" xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı oyunçu ilə yaxın saatlarda uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd olunur ki, Paris təmsilçisi fransalı futbolçunun transferindən yararlanmaq və gələn yay onu pulsuz əldən verməmək üçün güzəştə getməyə razılaşıbl. Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.