Keçmiş meyxanaçı Elşən Xəzər İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində saxlanılmasına dair yayılan məlumatlara aydınlıq gətirib.

"Unikal" xəbər verir ki, o, Globalinfo.az-a açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə Elşən Xəzər bildirib.

***

17:29

Tanınmış meyxanaçı Elşən Xəzər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.

Əlavə edək ki, Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olub. Əslən Cəlilabaddan olan E.Qürbətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kütləvi rejissorluq" fakültəsini bitirib. 1995-ci ildən meyxanaya başlayıb.