Fransa Üzgüçülük Federasiyası (FFN) Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışlarını təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.
Qəzetin məlumatına əsasən, qadınlar arasında şənbə günü keçirilən yarışlar ləğv olunub. Sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.
Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir.