Lionel Messinin yeni komandası "İnter Mayami"nin stadionunda təmizlik işlərinə baxan Kristian Salamanka ulduz futbolçudan avtoqraf aldıqdan sonra işini itirib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Salamanka matç zamanı Messiyə Argentina komandasının forması ilə qələm uzadıb. Messi həmin formanı imzalamalı olub. Lakin bu hadisədən dərhal sonra stadionun mühafizəsi Salamankanı meydandan uzaqlaşdırıb və işinə xitam verilib.
Mövzu ilə bağlı açıqlama verən Salamanka “hər saniyəyə dəyərdi” deyərək peşman olmadığını bildirib.
Məlumata görə, Messinin “İnter Mayami” ilə imzaladığı müqavilənin ona “maksimum təhlükəsizlik” təmin etməlidir. Klub işçiləri və müqaviləli işçilər də daxil olmaqla, bütün işçilərdən peşəkar davranışları qorumaq tələb edilir. Buraya idmançılardan avtoqraf almağın qadağan edilməsi də daxildir.
Nuranə Abbasova