Qazaxıstanın Almatı şəhəri 2026-cı ildə MDB ölkələrinin idman paytaxtı olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının idman nazirinin müavini Aleksey Morozov məlumat verib.
“Şuranın iclasında yekdilliklə qərara alınıb ki, 2025-ci ildə Azərbaycanın Gəncə şəhərinə, 2026-cı ildə isə Qazaxıstanın Almatı şəhərinə “MDB-nin İdman Paytaxtı” adı verilsin. 2025-ci ildə Gəncə III MDB Ölkələri Oyunlarına ev sahibliyi edəcək. Şəhər idmançılar üçün böyük bayram hazırlayır, ona görə də tam ədalətlidir ki, Gəncə bütün il boyu Birliyin idman paytaxtı adını daşıyacaq. 2026-cı ildə isə bu status dəfələrlə qlobal və qitə miqyasında böyük idman yarışlarına ev sahibliyi edən Almatıya keçəcək”, - Morozov bildirib.
Qeyd edək ki, hazırda Belarusun 11 şəhərində 20 idman növü üzrə II MDB Ölkələri Oyunları keçirilir.
11:17
Azərbaycanda 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva açıqlama verib.
O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir: "Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir. Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”.