Moskvanın MOİK və Rusiya millisinin keçmiş qapısıçı Veniamin Mandrıkin 41 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Veniamin Mandrıkin vəfat edib. MOİK-in keçmiş qapıçısı 41 yaşında dünyasını dəyişib. Bütün qohumlarına və dostlarına başsağlığı veririk. Ruhun şad olsun, Venya”, - məlumatda deyilir.

Onun məşqçisi Valeri Qoroxovun “Osnova”ya dediyinə görə, futbolçunun ölümünə səbəb infarkt olub.