Kocaelidə Taxıl İdarəsi Anbarında baş vermiş partlayışda ilkin məlumata görə, 5 nəfər yaralanıb. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbi hələlik bilinmir. 

*** 16:04

Türkiyənin Kocaeli şəhərində Derince Limanı yaxınlığında partlayış baş verib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, bölgəyə xeyli sayda xilasedici göndərilib.