Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Van Yi ilə telefon danışığı aparıb.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tərəflər telefon danışığı zamanı Ukrayna böhranına toxunublar.

Lavrov və Van Yi iki ölkə arasında münasibətlərin mütərəqqi inkişafını, qlobal geosiyasi və qeyri-sabitlik şəraitində sabitliyini və müsbət dinamikasını yüksək qiymətləndiriblər.

Nuranə Abbasova