Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor Fransa prezidenti Emmanuel Makronun BRICS sammitinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) dəvət olunmadığını bildirib.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir Fransa dövlət başçısının dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən “Bununla bağlı ona heç bir dəvət göndərilməyib” deyə cavab verib.