Nicat Abasov Şahmat üzrə Dünya Kubokunun III mərhələsində niderlandlı Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib.

"Unikal" xəbər verir ki, ilk rapid oyununda təcrübəli qrossmeyster qələbə qazansa da, Abasov ikinci qarşılaşmada hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıblar - 0,5:0,5; 0,5:0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə başa çatsa da, növbəti oyun Abasovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan şahmatçısı 1/16 finalda FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

Qeyd edək ki, avqustun 8-i Dünya Kubokunda istirahət günüdür.

19:11

Şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib.

Ağ fiqurlarla ilk rapid oyununu uduzan qrossmeyesterimiz qaralarla heç-heçə edib və mübarizəni dayandırıb.

Rauf Məmmədov FIDE adından çıxış edən Yan Neponyaşiyə uduzub. O, hər iki partiyada rəqibindən zəif olub.

Nicat Abasov isə niderlandı təmsil edən Aniş Giriyə ilk rapid partiyasında məğlub olsa da, daha sonra hesabı bərabərləşdirməyi bacarıb. Tərəflər blitsdə güclünü müəyyənləşdirməyə çalışacaqlar.