Bakı-Sumqayıt sürücülərinə şad xəbər

Bakı-Quba yolunun 9-cu kilometrliyində yeni yol ötürücüsünün tikintisinə başlanılıb. “Azəryolservis” ASC-dən Unikal.org-a verilən məlumata görə, nəqliyyatın intensiv hərəkət etdiyi yolda əlavə yol ötürücüsünün tikilməsi zərurəti yaranıb. Bu səbəbdən də Bakı ilə Sumqayıtı birləşdirən bu yolda, Ekoloji postla Avtovağzalın arasında dəmiryolu xəttinin üzərində daha bir yol ötürücüsü-körpünün tikintisinə başlanılıb. Körpü 2 hərəkət zolaqlı və 4 aşırımlı olacaq.

Qeyd edək ki, bu yolda müntəzəm olaraq sıxlıq müşahidə olunur. Sıxlıq bir çox hallarda tıxacla yekunlaşır. Hazırda yol ötürücü tikilən ərazidə isə yol darlaşaraq 4 zolaqlı olduğundan urada acınacaqlı vəziyyət müşahidə olunurdu. Yeni yol ötürücüsünün ərazidəki nəqliyyat yükünü nisbətən azaldacağı ehtimal edilir.