Əfqanıstanın Host əyalətində verilən xeyriyyə yeməyindən sonra 450-yə yaxın insan zəhərlənib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zəhərlənənlər arasında 90 uşaq, 120 qadın da var.

Zəhərlənmənin nədən baş verdiyi məlum deyil və əsas səbəb aşpazların yemək bişirmə prosesindəki səhlənkarlığı hesab olunur.