Türkiyə Milli Təhlükəsizlik Şurasının avqustun 9-da prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında taxıl tədarükü və taxıl dəhlizi müzakirə olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindəki mənbə məlumat yayıb.

“Terrorizmlə mübarizə, Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın taxıl sazişindən çıxması ilə dayanmış taxıl tədarükü müzakirə olunacaq”, - agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl mənbə bildirib ki , Ankara Qara dəniz taxıl təşəbbüsünün bərpası üzrə Qərb tərəfdaşları ilə dialoqu davam etdirir, paralel olaraq Rusiya tərəfi ilə idarələrarası dialoq aparılır.