“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi (Ermənistan və Azərbaycan arasında - Qeyd) əlçatandır”.

“Unikal” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Buna (Sülhə - Qeyd) nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”-deyə, o bildirib.

Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.