Leninqrad vilayətində Böyük Vətən Müharibəsi illərinə aid kütləvi məzarlıq tapılıb.
"Unikal"
xəbər verir ki, ehtimallara görə, orada 2 minə yaxın adamın qalıqları ola bilər.

Bu barədə TFR-nin rayon üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib. “Volosovo şəhərindən 1,5 km aralıda Böyük Vətən Müharibəsi illərinə aid kütləvi məzarlıq aşkar edilib. Ehtimal olunur ki, Dulaq-102-nin edam edilmiş məhbusları göstərilən yerdədirlər. Baxış zamanı yüzə yaxın vətəndaşın skelet qalıqları aşkar edilib”, - məlumatda deyilir.

Dəfn aşkar edildikdən sonra istintaq-əməliyyat tədbirləri aparılır.