Dünya Birləşmiş Millətlər Təşkilatının (BMT) “qlobal qaynama” adlandırdığı bir dövrə qədəm qoyur. Temperaturlar insan sağlamlığını təhdid edəcək səviyyədə yüksəlir. Bəs dəyişkən iqlim insan fiziologiyasına necə təsir edəcək?

"Unikal" xəbər verir  ki, İngiltərədə aparılan araşdırmalara görə, 40 dərəcədən yuxarı hərarət ürək ritminin və nəfəs almanın artmasına səbəb olur və eyni zamanda beyinə qan axını yavaşlayır. Bu, yaddaşa mənfi təsir göstərir.

Qan damarları genişləndikcə beynə gedən qanın miqdarı istər-istəməz bir qədər azalır.  İsti hava da infarkt və insultlara da  səbəb ola bilər.

Mütəxəssislər isti havada gündə ən azı 2 litr su istehlak etməyi məsləhət görürlər.

Elm adamları isti havanın mənfi təsirlərindən qorunmaq üçün günün ən isti saatlarında kölgədə qalmaq, paltar geyinmək və idmanla məşğul olmaqdan çəkinməyə də diqqət çəkirlər.

Gülayə Mecid