Gürcüstanın baş naziri İrakli Qaribaşvili 2008-ci ildə Cənubi Osetiyadakı müharibəyə görə respublikanın eks-prezidenti Mixail Saakaşvili hökumətini günahkar bilib. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, Qaribaşvili jurnalistlərə açıqlamasında deyib: 

"Təbii ki, bu bədbəxtlik, faciə, müharibə əvvəlki hakimiyyətin dövründə olub. Əvvəlki hakimiyyət bu müharibənin qarşısını almaq üçün heç nə etməyib. Hərbi qəhrəmanlarımızın böyük qəhrəmanlıqlar, fədakarlıqlar göstərməsi, xalqımıza və gələcək nəsillərimizə çoxlu qəhrəmanlıq nümunələri qoyub getməsi fonunda biz keçmiş baş komandanın (Saakaşvilinin- red.) biabırçı əməllərini gördük”.

Nuranə Abbasova