Rusiya Fövqəladə Hallar Nazirliyi ölkənin müxtəlif bölgələrində ümumi 230 min hektar sahədə 278 yanğınla mübarizənin davam etdiyini bildirib. 

"Unikal" xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, 14 ayrı bölgədə ümumilikdə 278 yanğının davam etdiyi vurğulanıb.

Bildirilib ki, 125 min hektar ərazisi olan yanğınlardan ən çox zərər çəkən Yakutiya bölgəsində ümumilikdə 98 yanğınla mübarizə davam etdirilir. 

Dünyadakı meşə sahələrinin təxminən 20 faizinə ev sahibliyi edən Rusiyada hər il minlərlə hektar sahədə yanğınla mübarizə aparılmağa çalışılır.