Kopernik Yerin müşahidə proqramının məlumatlarına görə, 2023-cü ilin iyul ayı tarixdə ən isti ay olub.

“Unikal” “Frans Press”ə istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayı əvvəlki orta aylıq temperatur rekordundan (2019-cu il, iyul - 16,63°C) 0,33°C isti olub.

Həmçinin, 2023-cü ilin iyul ayının temperaturu 1991-ci ildən 2020-ci ilə qədər iyulun orta aylıq temperaturundan 0,72°C yüksək olub. 

Nuranə Abbasova