Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərinin meri Andrey Bolşakov rüşvət alarkən güllələnərək saxlanılıb.

"Unikal" xəbər verir  ki,  bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, mer İstintaq Komitəsinin əməkdaşlarına atəş açıb, lakin sonradan onlar onu zərərsizləşdirə biliblər. Məmurun avtomobilindən bir milyon rubl tapılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

Məmurun saxlanması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Gülayə Mecid