Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər daha 15 nəfərin axtarışlarını davam etdirirlər.

Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.