Afinadakı Nea-Filadelfiya bölgəsində Yunanıstanın AEK və Zaqrebin “Dinamo” komandasının azarkeşləri arasında kütləvi dava olub. 

“Unikal” “RİA Novsti”yə istinadən xəbər verir ki, dava zamanı bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə ilə bağlı 96 nəfər həbs edilib. 

Zaqreb “Dinamo”sunun azarkeşləri UEFA-nın AEK ilə oyunda iştirakına qadağa qoymasına baxmayaraq, Yunanıstana yollanıb. Məlumata görə, 150-200 nəfərlik mütəşəkkil “Dinamo” azarkeşləri avtomobillə Yunanıstana gəliblər. “Dinamo”nun azarkeşləri “Panatinaikos” azarkeşləri ilə birgə matçı izləyiblər.

Bu zaman azarkeşlər arasında başlayan davada 22 yaşlı gənc çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. 4 yunan, 4 xorvat isə yaralanıb. Həbs olunanlar arasında 82 xorvat, bir avstriyalı, bir bosniyalı, bir alban, bir alman və iki yunan var.

Nuranə Abbasova