ABŞ-ın Texas ştatında yaşlı ər-arvad kondisionerlərinin nasazlığı səbəbindən dünyalarını dəyişiblər.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, istidən evlərində itləri ilə birlikdə ölü tapılan cütlük bir gün əvvəl təmirçi çağırıb. Belə  ki, Ramona və Monvay Ison cütlüyü kondisionerlərini təmir etmək üçün kredit götürüblər.  Ancaq bədbəxt cütlük təmir üçün kredit götürdükləri gün texniki işçi gələnə qədər ölüblər. Cütlüyün ailəsi faciəli hadisədən sonra insanlara kömək istəməkdən çəkinməməyi tövsiyə edib.

Seymur Əli