Türkiyənin Nevşehir şəhərində qonşular arasında dava düşüb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,   H.M adlı şəxs davalı olduğu yuxarı mərtəbədəki qonşusunu döydürmək üçün boksçu çağırıb.  

Belə ki, o dostu ilə birlikdə Bilal K.-nın qapısını  döyüb. Hətta H.M qonşusunun kamerasını sındırıb. Bunu görən Bilal polisə  müraciət edib. Qısa zamanda hadisə yerinə gələn polis H.M və boksçunu uzaqlaşdırıb.  

Bilal K. polisə ilkin ifadəsində aşağı mərtəbədəki qonşusunun 2 ilə yaxındır ki, onları çox sadə məsələlərdən narahat etdiyini iddia edib.

Qonşusu ilə mübahisə etdikdən sonra ifadə vermək üçün polis bölməsinə gedən Bilal Köse qızı ilə evə qayıdarkən qonşusu və qonşusunun boksçu dostu tərəfindən qızı ilə birlikdə mənzilin girişində döyülüb. Mənzilin girişində döyüşü görən vətəndaşların xəbəri üzərinə hadisə yerinə  yenidən sağlamlıq və polis qrupları sövq edilib.

Seymur Əli