Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Rutte ilə danışıqlar aparıb. 

“Unikal” xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər G7 ölkələrinin təşəbbüsü çərçivəsində Ukrayna üçün gələcək ikitərəfli təhlükəsizlik təminatlarını müzakirə ediblər. 

Zelenski Rutteyə döyüş meydanındakı vəziyyət barədə də danışıb.

Bundan əlavə, tərəflər Səudiyyə Ərəbistanında Ukrayna üzrə sammiti müzakirə ediblər.

Həmçinin bildirilib ki, Rutte Zelenskini Ciddədə Ukrayna ilə bağlı uğurlu görüş münasibətilə təbrik edib. O əlavə edib ki, Amsterdam Kiyevə, xüsusən də ukraynalı pilotlara Amerika F-16 qırıcılarını idarə etmək üçün təlim keçən tərəfdaşlarla əməkdaşlıq sahəsində də kömək edir.

Nuranə Abbasova