SOCAR “Azəriqaz” İstehsalat Birliyinin "Səyyar qəbul otağı"nın növbəti ünvanı Bərdə rayonunun Qarağacı kəndi olub. "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə vətəndaşların qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib.

“Unikal” xəbər verir ki, görüş zamanı mövcud küçə qaz xəttinin diametrinin böyüdülməsi, fərdi yaşayış evinin qazlaşdırılması, küçə qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə bağlı müraciətlər daxil olub.

Aksiyaya rayonun Mirzəcəfərli kəndindən üz tutan vətəndaşlar isə genişlənən əraziyə küçə qaz xəttinin çəkilməsi və 5 fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş ediblər.

"Azəriqaz"ın Tərtər Regional qaz istismarı İdarəsinin rəisi görüşdə səsləndirilən hər bir müraciətlə bağlı vətəndaşlara lazımi izahat verərək, daxil olan müraciətlərin aidiyyəti üzrə yönləndiriləcəyini diqqətə çatdırıb.