Türkiyənin Dənizli bölgəsinin Çardak rayonunda hava limanında polisin təşkil etdiyi rüşvət əməliyyatında saxlanılan 2 məmur, 4 nəfər məhkəmə tərəfindən həbs edilib.

"Unikal" xəbər verir ki, Dənizli İl Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətlər Mübarizə Şöbəsi qrupları, Dənizli Çardak Hava Limanı Xarici Terminalında bəzi məmurların rüşvət aldıqları xəbərinin ardından əməliyyat hazırlanıb. İstintaq çərçivəsində Respublika Prokurorluğunun koordinasiyasında təxminən 6 ay texniki və fiziki təqibdən sonra əməliyyat keçirilib.

Əməliyyat zamanı rüşvət aldıqları iddia edilən polis əməkdaşı A.B., gömrükçü M.B, iranlı tərcüməçilər M.A və M.K saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən 4 nəfər aparıldıqları məhkəmə tərəfindən həbs edilib.

Şübhəlilərin hava limanının beynəlxalq terminalından qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içkilərin və tarixi əsərlərin keçirilməsinə icazə verdiyi, viza müddəti bitmiş iranlı sərnişinlərin ölkəyə giriş-çıxışını təmin etdikləri iddia edilib.