Pakistanda İmran Xanla bağlı qərar verilib.

"Unikal" xəbər verir ki, dövlət hədiyyələrini satmaq və var-dövlətini gizlətmək ittihamı ilə 3 il həbs cəzası alan və Toşaxana işi çərçivəsində həbs edilən keçmiş baş nazir İmran Xana da 5 il siyasi qadağa qoyulub.

Pakistan Seçki Komissiyası (ECP) siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.

Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra buraxıldı.