Gürcüstanda torpaq sürüşməsinin olduğu Oni bələdiyyəsində itkin düşənlərdən biri sağ imiş.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, polisin apardığı araşdırmalar nəticəsində Şovi kurort zonasında itkin düşənlərin siyahısında olan Zurab Bibileişvilinin sağ olduğu, səhhətində heç bir problemin olmadığı və Tbilisidə olduğu məlum olub.

Qeyd edək ki, avqustun 3-də baş vermiş təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, itkin düşənlərin axtarışları davam etdirilir.