Taxıl dəhlizi ilə bağlı problemin daha da dərinləşməməsi Qərb ölkələrinin vədlərinin yerinə yetirilməsindən asılıdır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nı çərçivəsində çıxışı zamanı bildirib.

O, bu məsələni keçən həftə Rusiya lideri Vladimir Putinlə müzakirə etdiyini xatırladaraq, onunla ortaq qərara gələcəyinə inandığını vurğulayıb:

“Türkiyə ilk gündən balanslı və ədalətli mövqeyi ilə bu böhranın həllində açar ölkə rolunu öz üzərinə götürüb”.