Kanada beynəlxalq sülh və təhlükəsizliyə təhdid hesab etdiyi fəaliyyətlərinə görə İranın bir sıra məmurlarını sanksiya siyahısına daxil edib.

"Unikal" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bugünkü sanksiyalar siyahısına beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edən və ya İranda insan haqlarının kobud və sistemli şəkildə pozulmasını təşkil edən fəaliyyətlərdə iştirak edən 7 şəxs daxildir.