Latviya hökuməti Belarusla həmsərhəd əyalətlərdə nəzarəti gücləndirəcək.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Buna səbəb ölkəyə qeyri-qanuni giriş hallarının artmasıdır.

Nəzarət tədbirlərinin gücləndirilməsi avqustun 11-dən etibarən Belarusla həmsərhəd əyalətlərdə tətbiq olunacaq.

Sərhəd nəzarəti rejimini altı ay müddətinə gücləndirəcəyi açıqlanıb.