Çin paytaxtı Pekində daşqın qurbanlarının sayı 33 nəfərə çatıb. Daha 14 nəfər itkin düşüb. 

"Unikal" xəbər verir ki.  bu barədə Pekin Xalq Hökumətinin mətbuat xidməti bildirib. 

Avqustun əvvəlində şəhərə yağan leysan 59 minə yaxın binanı dağıdıb. Həmçinin ölkənin şimalında Doksuri tayfunu nəticəsində 14 nəfər itkin düşüb.

Ən azı 1,1 milyon yerli sakin fəlakət zonasındadır.