Gürcüstanın xilasediciləri Şovi dağ kurortunda sürüşmə yerində daha bir itkin düşmüş şəxsin cəsədini tapıblar.

“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 21-ə çatıb.

*** 11:59

Gürcüstanda Şovi dağ kurortunda sürüşmə nəticəsində ölənlərin sayı 20-yə çatıb. 

“Unikal” xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 20 yaşlı gəncin cəsədini aşkar ediblər.

Avqustun 3-də baş verən sürüşmə nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər. Ondan çox adam, o cümlədən bir neçə uşaq axtarılır.

Nuranə Abbasova