ABŞ Ukraynanı kaset sursatları ilə təmin etmək qərarına gələrək hərbi cinayət törədib.

“Unikal” “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

O bildirib ki, ABŞ öz müttəfiqlərindən Ukraynanı getdikcə daha çox uzaqmənzilli və ölümcül silahlarla təmin etmək üçün istifadə edərək risləri artırmaqda davam edir.

"Vaşinqton beynəlxalq konvensiya ilə qadağan edilmiş kasetli sursatları yardım paketinə daxil etməklə hərbi cinayət törədib", - Şoyqu bildirib.

Nuranə Abbasova