İran kəşfiyyatına casusluq etməkdə şübhəli bilinərək saxlanıldığı deyilən azərbaycanlı Seymur Rzayev açıqlama verib.
“Unikal”ın məlumatına görə, sosial şəbəkədə video-müraciət yayan S.Rzayev yazılanların həqiqət olmadığını deyib. O, casus olmadığını və saxlanılmadığını bildirib:
“Mən heç vaxt Azərbaycan xalqına xəyanət etməmişəm, etmərəm də. Mən biznes fəaliyyəti ilə məşğul olan adamam. Qanun var. Mənim adımı çəkib, şəkillərimi yayanlar qanun qarşısında cavab verəcəklər”.
*** 16:09
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi xüsusi əməliyyat keçirib.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində İran kəşfiyyatına casusluq edən 5 nəfər saxlanılıb. Onların arasında azərbaycanlılar da var.
Saxlanılanlar Seymur Rzayev, Hikmət Əliyev, İlyas Yıldırım, Zeynəddin Çalışqan, Mehmet Çelikdir.
Nuranə Abbasova